Finlandiya və İsveç Türkiyənin tələblərini yerinə yetirməsə, Şimali Atlantika Alyansı (NATO) üzvlüyünə namizəd ola bilməyəcəklər.

YALAN.info bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Müttəfiq problemi qaldıranda, siz onu həll etməlisiniz. Bu, həmişə belə olub”, – Stoltenberq bildirib.

Onun sözlərinə görə, Finlandiya və İsveçin qonaq qismində qatılacağı Madrid sammiti 28-30 iyun tarixlərində baş tutacaq.

NATO Baş katibi onu da vurğulayıb ki, Finlandiya və İsveç iyunun 28-dək Türkiyənin tələblərinə cavab verməsə, onlar üçün namizəd ölkələr kimi mövqelərini gücləndirmək çətin olacaq.

Öncəki xəbər“TEKNOFEST Azərbaycan” festivalı 2-ci günü ilə davam etdi
Sonrakı xəbərBayden: Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATO-laşdırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın