Futbol üzrə qadınlardan ibarət Yeni Zelandiya millisinin 5 nömrəli futbolçusu Meykayla Mur (Meikayla Moore) ABŞ millisi ilə oyunda öz qapısına üç qol vurub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Meykayla Murun het-triki “ideal” adlandırılıb. Belə ki, 25 yaşlı futbolçu öz qapısından həm sol, həm sağ ayağı, həmçinin başla top keçirib.

Liverpulun futbolçusu olan M.Mur qarşılaşmanın 5, 6 və 36-cı dəqiqələrində avtoqol müəllifi olub. O, ilk yarının bitməsinə az qalmış əvəzlənib. Bununla da qadın futbolçunun Yeni Zelandiya millisi üçün 50-ci oyununa sona çatıb.

Qarşılaşma 0:5 hesabı ilə ABŞ millisinin qələbəsi ilə nəticələnib.

New Zealand defender Meikayla Moore scores hat-trick of own goals in SheBelieves Cup

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın