Our Next Energy (ONE) adlı şirkət elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareya yaradıb və onu Tesla Model S-ə quraşdırıb. Aparılmış testlər nəticəsində yeni növ batareya quraşdırılmış Tesla Model S modeli daha çox yol gedərək dünya rekorduna imza atıb.

Test üçün Tesla Model S-in seçilməsi heç də təsadüfi deyil. Belə ki, bir dəfə şarj olunandan sonra daha uzun məsafədə yol getmə üzrə öncəki dünya rekorduna da məhz Tesla Model S imza atmşdı. 203,7 kilovatt saat həcmli yeni növ batareyanın Tesla Model S-ə quraşdırılmasından sonra elektromobil bir dəfəyə 1210 km yol gedə bilib.

Test çərçivəsində elektromobilin ortalama sürəti saatda 88 km olub və o, toplam 14 saat yolda olub. Qeyd etmək lazımdır ki, testlər qış mövsümündə aparılıb. Qışda isə elektromobillərin qətt etdikləri yol göstəriciləri bir qədər aşağı düşür. Buna görə də əldə edilmiş yeni nəticə diqqəti çəkir.

Our Next Energy şirkəti uzun illər boyunca Apple-da çalışmış Mujeeb Ijaz tərəfindən qurulub. Şirkət elektromobillər üçün nəzərdə tutulmuş yeni növ batareyaların yaradılması üzrə fəaliyyət göstərir.

ONE Powers Tesla EV 752 Miles on Single Charge (Trailer)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın