İTV-nın “Sabahın xeyir, Azərbaycan” verilişində həyat yoldaşı əsgərlikdə olan Yelena Sidorenko qonaq kimi iştirak edib. O, sosial şəbəkələrdə qeyri-rəsmi məlumatların, videoların paylaşılmasından danışarkən göz yaşlarına hakim ola bilməyib. Daha sonra jurnalistin sözlərini aparıcı Azər Süleymanlı davam etdirib. 

“Rəsmi qurumlar tərəfindən müraciətlərin olmasına baxmayaraq, bəzi insanlar sosial şəbəkələrdə qeyri-rəsmi xəbərlər paylaşırlar. O videolarda qorxulu kadrlar olur. Bu xəbərləri, videoları paylaşanda düşünsünlər ki, kiminsə yoldaşı, atası, oğlu oradadır”. 

Jurnalist cəbhə bölgəsində olan həyat yoldaşını 20 gündür görmədiyini, onunla fəxr etdiyini bildirib.

“Əslində bu göz yaşları qorxu göz yaşları deyil, fəxr göz yaşlarıdır. Evdən çıxanda hər kəs soruşur ki, qardaşımız haradadır. Mən  fəxr edirəm ki, yoldaşım cəbhədədir.  Bu gün mən yoldaşımı gözləyirəm, amma mən indi oğlumu gözləsəydim hansı hisslər keçirərdim bilmirəm. Bu gün gənclər qələbə arzusundadır. Müharibədə qurban hər zaman olur, biz qurban verməliyik. Amma qurbanı verdikcə torpaqlarımızı azad edək.

Mən 20 gündür ki, yoldaşımı görmürəm. Yoldaşımın son sözü bu olub ki, bura gəlmişiksə  ən azı bir metr torpağı alsaq bu bizə bəsdir. Orada heç kim düşünmür ki, biz şəhid olacağıq biz öləcəyik. Onların arasında elə gözəl ruh yüksəkliyi var ki, onu da mənə ötürür.  İlk gündə narahatlığım var idi, bilmirsən nə baş verəcək. Bu gün heç cür  narahatlığım yoxdur. Bu gün ancaq fərəh hissi qürur hissi var. Mən görürəm bizim ordumuz irəli gedir. Bizim ordumuz mütləq Qarabağı azad edəcək”. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın