Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus (COVID-19) xəstəsi ictimai yerdə aşkarlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazma kənd sakini Anar Bodurovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydaları izah olunub.

Buna baxmayaraq, həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və başqalarının da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları onunla profilaktik söhbətlər aparıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarıblar.

A.Bodurov barəsində Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Koronavirus xəstəsinə cinayət işi açıldı
Öncəki xəbərPutin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq
Sonrakı xəbərAzərbaycan Ordusu Xüsusi Təyinatlı Qüvvələrinin təlimləri davam edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın