Yaponiya hökuməti Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq edib.

YALAN.info bildirir ki, bunu cümə axşamı, mayın 5-də baş nazir Fumio Kişida Londonda Böyük Britaniyanın baş naziri Boris Conson ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bəyan edib.

Kişidanın sözlərinə görə, yeni məhdudiyyətlər paketi dörd əsas sahədən ibarətdir. Tədbirlər siyahısına 140 fiziki şəxsin aktivlərinin dondurulması da daxildir. Bundan başqa, Yaponiya sanksiya məhdudiyyətlərinə məruz qalacaq Rusiya banklarının siyahısını genişləndirib.

Eləcə də Rusiyaya qabaqcıl texnologiyaların idxalına, özəlliklə də kvant kompüterlərinin tədarükünə qadağa qoyub. Həmçinin, Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətlərə gərəkli məhsulların tədarükünə qoyulan qadağa genişləndirilib.

Yada salaq ki, dünən Rusiya Yaponiyanın 63 vətəndaşının, o cümlədən də baş nazir Fumio Kişidanın ölkəyə girişinə qadağa qoyub.

Öncəki xəbərAğ Ev Administrasiyası: Rusiya artıq Ukraynada müharibəni uduzub
Sonrakı xəbərAzərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın