Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış durumla bağlı olaraq Rusiya Federasiyasından olan 398 nəfərə və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib.

YALAN.info bildirir ki, bununla bağlı Yaponiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan məlumatda deyilir.

Özəlliklə Rusiya Federasiyası Dövlət Dumasının deputatları sanksiyalara məruz qalıb. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə mayın 12-dən “Sberbank” və “Alfa-Bank”ın səhlməri dondurulacaq.

Bundan başqa, Yaponiya hökuməti Rusiya Federasiyasında yeni investisiyaların qadağan edilməsini təsdiqləyib. Qeyd olunur ki, mayın 12-dən etibarən Yaponiyadan Rusiyada yeni investisiyalar yalnız xüsusi icazələrlə həyata keçirilə bilər. Aprelin 8-də Tokionun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarı Yaponiyanın baş naziri Fumio Kişida tərəfindən açıqlanmışdı.

Eyni zamanda Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən bildirən məlumata görə, Rusiyadan idxal edilən 38 adda məhsula qadağa qoyub. Məlumata görə, idxalı yasaqlanan məhsullar arasında araq, çaxır, pivə, avtomobil, motosiklet, metal emalı avadanlığı, pompalar, ağac məmulatları da var. Bu məhdudlaşdırıcı tədbirlərin aprelin 19-da qüvvəyə minəcəyi deyilir.

Öncəki xəbərYeni Zelandiya Ukraynaya dəstək üçün 50 hərbçi və “C-130 Hercules” təyyarəsini Avropaya göndərdi
Sonrakı xəbərUkrayna MN: Müharibədə Rusiya Ordusunun itkiləri artır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın