Bu gün Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu həlak olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinindən bununla bağlı Report informasiya agentliyinə deyilib:

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın