Xocavənd rayonunun Edilli kəndində azərbaycanlıların kütləvi məzarlığı aşkarlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında müəyyən edilib.

İşçi qrupunun üzvü Zaur İsmayılov Trend-ə açıqlamasında bildirib ki, araşdırmalar zaman məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar var.

“Onlardan biri də Xocavəndin Edilli kəndindədir. Şahidlərin ifadələrinə əsasında məzarlığın aşkarlanması mümkün olmuşdur. İlkin məlumatlara görə, orda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.

Dövlət Komissiyasında bəzi kütləvi məzarlıqların məlumatları var. GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların sayı müəyyənləşib. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da açılacaqdır”, – deyə o əlavə edib.

Zaur İsmayılov bildirib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.

Trendin verdiyi məlumata görə, məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyev bildirb ki, 1993-cü il avqustun 28-də ermənilər onu girov götürüb. Həmin vaxt həkim işləyən və Füzulidə yaşayan ailəsinin yanına əşyaları çıxarmağa köməyə gəldiyi zaman erməni hərbiçilər tərəfindən girov götürülüb. 48 gün bu kənddə girov qalıb və həmin müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən Azərbaycan hərbiçilərinin “KamAz” markalı maşınla daşınıb gətirildiyini, bu kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara töküldüyünü qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu Şəmsi Şıxəliyevin iddiaları əsasında buraya baxış keçirib və kütləvi insan skeletlərinin olduğu müəyyən olunub.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Twitter hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı ilə bağlı paylaşım edib:

“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı tapılıb. Edilli erməni qüvvələri tərəfindən azərbaycanlı əsirlər və dinc əhali üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib. Birinci Qarabağ müharibəsindən hələ də 4 000 azərbaycanlı itkin düşmüş sayılır”, – Hikmət Hacıyev bildirib.

KİMFarid Zohrabov
MƏNBƏTrend
Öncəki xəbərRusiya Ordusu Ukraynada böyük itkilər verib
Sonrakı xəbərBayden ABŞ, AB və G7-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın