Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya-Ukrayna gərginliyinin həllində payımızın olmasını istəyərik” şərhinə “Müharibəni sona çatdıracaq hər dostcasına səyi məmnuniyyətlə qarşılayırıq” deyə qarşılıq verdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukrayna XİN-nin başçısı D.Kuleba bunları xarici mətbuat nümayəndələri üçün təşkil edilən mətbuat konfransında deyib.

Rusiya ilə böhrana dair Kulebaya verilən “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranının həllində vasitəçi olmaq istədiyini söylədi. Bu mövzuda nə düşünürsünüz?” sualına o, belə cavab verib: “Türkiyə və Ukraynanın mükəmməl əlaqələri və prezidentlər V.Zelenski ilə R.T.Ərdoğan arasında da yüksək səviyyədə güvən var.

Ukrayna Normandiya formatındakı işlərə bağlı qalmağa davam edir. Ancaq başqa dövlətlərdən gələn dostcasına cəhdləri də heç geri çevirmədik. Müharibəni sona çatdıracaq və Ukraynanın torpaqlarını geri almasına yardım edəcək hər səyi məmnuniyyətlə qarşılayırıq.

Ukraynanın tək bir qaydası var: Ukraynasız Ukrayna ilə bağlı hər hansı bir müqavilə ola bilməz. Bu, bizim qırmızı xəttimizdir. Qalan hər şeyi məmnuniyyətlə qarşılamağa və söylədiyim kimi, böhranı sonlandıracaq bütün təşəbbüsləri müzakirə etməyə hazırıq.”

Öncəki xəbərHüseyn Əmir Abdullahiyan sanksiyalar aradan qaldırılmadan nüvə sazişi ola bilməz dedi
Sonrakı xəbərDəniz quldurları Nigeriya sahillərində neft tankerinə hücum ediblər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın