Ölüm sözündən heç xoşum gəlmir. Yəqin o söz o insanlar üçün yaxşıdır ki, artıq həyatdan beziblər. Mən həyatdan bezməmişəm. O qədər görəcəyim işlər var ki, təsəvvür belə edə bilməzsiniz. Sanki nəyəsə tələsirəm. Ailəmə, nəvələrimə nədəsə kömək etmək istəyirəm. Ancaq həyatın sonu var… O biri dünyaya inanıram, bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək. Deyəcək, Mübariz müəllim, durun, üzünüzü çevirin qibləyə, getdiniz… 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Xalq artisti Mübariz Tağıyev MTV Azərbaycanda Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə düz” verilişində deyib. 

“Hərdən sual verirlər ki, sənət adamı səhnədən nə zaman getməlidir? Belə sual olar? Sənət adamı özü bunu hiss edir! Nə zamanki tamaşaçının zəhləsini tökdü, səssiz-küysüz deyəcək ki, getdim. Ancaq bunu heç kim istəmir. Özümüzü tez sahmana salıb qayıdırıq. Əgər tamaşaçını itirmisənsə, özünə qarşı soyuqluq hiss edirsənsə, getməlisən. 

Qədim İrəvan şəhərində böyümüşəm. Azərbaycanlı olaraq orda müsabiqədə 1-ci yerə çıxmışam. Təsəvvür edin, səhnədə oxuyuram, ordan mənə səslər gəlir, əşi, bu türkün nə işi var burda? Eşidirdim axı bunları… Bütöv konsert proqramı çəkilir, mən orda yoxam. Adım çıxarılır. Adını da qoyurlar texniki problem… Bunu o qədər də yaralı qəbul etmirdim, çünki adət etmişdim. O ağrı-acını mənim ətrafım, valideynlərim, əzizlərim yaşayırdı…”, – həyatı haqqında danışan sənətçi etiraf edib. 

“Bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək… ” Mübariz Tağıyev ilə “Üzə-düz”
Öncəki xəbərİran XİN: Bütün sanksiyaların aradan qaldırılmasını istəyirik
Sonrakı xəbərYaponlardan uşaqları böyük şəxsiyyətə çevirən inanılmaz metodlar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın