Karantin rejimi ilə birlikdə dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib. Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan sənətçilər tez-tez bundan gileylənir, karantinin tezliklə bitməsini arzulayırlar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, mövzu ilə bağlı YeniSabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova sıxıntıları olsa da maddi durumundan şikayətlənməyi sevmədiyini deyib:

“Mən şikayət etməyi sevmirəm, ancaq sözsüz ki, nəsil böyükdür, bizim də müəyyən çətinliklərimiz olur. Onsuz da indi hamı işsizdir, bizim də bəxtimiz elə gətirib ki, bacılarım da musiqiçidir və onlar da işsizdirlər.

Hər insanın öz daşıya biləcəyi, həll etməli olduğu problemləri var. İnsanlar gərək başqaları ilə ancaq sevincini bölüşsün. Problemləri bölüşüb gileylənməyi düzgün saymıram.

Əlbəttə ki, indi hamıya çətindir, biz istisna ola bilmərik. Bir ildir işləmirik. Ancaq bu mövzuları çox qabartmaq istəmirəm, çünki bunlar el arasında danışılacaq şeylər deyil. Mən şikayət edib, gileylənməyə qalxsam, deyəcəklər ki, hamının problemi var.

Allah özü kömək olur, yaşayırıq və yaxşı günləri gözləyirik. Nə qədər çətin olsa da, biz ümidliyik”.  

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın