“Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Zərərin miqyası genişlənməkdədir. Qazaxıstan Daxili İşlər Nazirliyinin xəbərinə görə, artıq 2 mindən çox şəxs həbs edilib. Təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 18-ə çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) Qazaxıstana hərbi qüvvə göndərilməsini davam etdirir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov özünün sosial şəbəkə hesabından yazdığı statusda vurğulayıb.

Belə ki, Qazaxıstanda baş verən qarşıdurmaların ölkə iqtisadiyyatına vurduğu zərəri təhlil edən millət vəkili bir sıra önəmli rəqəmləri açıqlayıb:

“Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir. Belə ki, adam başına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar. Orta əmək haqqı məbləğinə görə də, Ukrayna ilə birlikdə şimal qonşumuzdan sonra birlikdə öndədir. 373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir”.

Deputat hadisələrin beynəlxalq miqyasda təsirlərinin olduğunu da diqqətə çatdırıb:

“Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı urana ola tələbin təxminən 43 faizini təmin edir. Bu arada, bitkoin də 47300 dollardan 41 400 dollaradək ucuzlaşıb”.

Bayramovun sözlərinə görə, Qazaxıstan yeni mərhələyə qədəm qoyur: “Bütün bunlar fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın