Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 229-cu gününüdə ölkə əhalisinə videomüraciət edib.

YALAN.info bildirir ki, Zelenskinin sözlərinə görə, Rusiya İran istehsalı olan “Şahid” raketləri ilə Ukraynanı vurur, Ukrayna terrorçularla mübarizə aparır.

“Onların iki hədəfi var: birincisi, bütün ölkə üzrə – Kiyev vilayəti, Xmelnitski, Lvov və Dnepr, Vinnitsa, Frankivsk bölgələri, Zaparojye, Sumu bölgəsi, Xarkov vilayəti, Jitomir rayonunda enerji obyektlərini vurmaqdır. Onlar çaxnaşma və xaos yaratmaq istəyirlər. Onlar bizim enerji sistemlərimizi məhv etmək istəyirlər. Onlar ümidsizdirlər.

İkinci hədəf isə insanlardır. Mümkün qədər çox zərər vurmaq üçün belə bir vaxt və bu cür hədəflər bilərəkdən seçilib. Bu gün sığınacaqlarda qalın. Təhlükəsizlik qaydalarına əməl edin”.

Ukrayna Prezidenti Volodimir Zelenski partlayışlardan sonra verdiyi açıqlamasında bildirib ki, müharibənin 229-cu günündə bizi Ukraynalıları məhv etməyə və yer üzündən silməyə çalışırlar. “Zaporojyedə evlərində yatanları, Dnepr və Kiyevə işləməyə gedənləri öldürdülər”, – deyə o bildirib.

“Hər zaman yadda saxlayın: Ukrayna bu düşmənin gəlişindən öncə də var idi, ondan sonra da var olacaq”. Zelenski partlayışların baş verdiyi ərazilərdən video paylaşıb və insanlardan sığınacaqları tərk etməmələrini istəyib: “Bütün Ukrayna ərazisində hava həyəcanı siqnalı dayanmır. Təəssüf ki, ölən və yaralananlar var. Çox xahiş edirəm, sığınacaqlardan çıxmayın. Özünüzü və yaxınlarınızı qoruyun”.

Prezidenti Volodimir Zelenski Ukrayna əhalisinə növbəti videomüarciətində bildirib ki, Rusiya hərbçiləri döyüş meydanında Ukrayna müdafiəçilərilə bacara bilmədikləri üçün raket terroruna əl atırlar:

“Ukraynanı qorxutmaq mümkün deyil. Yalnız daha çox birləşdirmək olar. Ukraynanı dayandırmaq mümkün deyil. Yalnız daha çox inandırmaq olar ki, terrorçuları zərərsizləşdirmək lazımdır. İndi də işğalçılar döyüş meydanında bizə qarşı çıxa bilmirlər və buna görə də onlar belə terrora əl atırlar. Gəlin döyüş meydanını düşmən üçün daha ağrılı edək. Dağıdılanları isə biz bərpa edəcəyik”, – dövlət başçısı bildirib.

229 ранок війни. Звернення Володимира Зеленського до українців

Bildirək ki, Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərində hücumların həyata keçirildiyini açıqlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasında bildirib ki, Kiyevə atılan raketlərdən biri təhlükəsizlik xidmətlərinin yerləşdiyi küçəyə düşüb. Prezident Zelenskinin ofisi də bu bölgədə yerləşir.

Ukraynanın Daxili işlər naziri Denis Monastırski telemarafonun efirində açıqlama verib. “İndi 74 raket atəşi qeydə alınıb. Təəssüf ki, 14 ölü və 97 yaralı var”, – nazir deyib.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb: “Demək olar ki, hər 15 dəqiqədən bir həyəcan siqnalları verilir. Paytaxt sakinlərinə zirzəmilərdən çıxmamaqla bağlı xəbərdarlıq olunub. İndi durumla bağlı olaraq bütün market və iaşə obyektləri fəaliyyətini dayandırıb”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın