Ukrayna prezidenti Volodimir Zelenski son günlərdə deputatları, oliqarxlar və iş adamlarının ölkəni tərk etməsi ilə bağlı məlumatlara münasibət bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı onları 24 saat ərzində geri qayıtmağa çağırıb.

Bununla bağlı Ukrayna lideri Almaniya kansleri Olaf Şoltsla görüşün yekunlarına dair brifinqdə bildirib.

“Öz adımdan xahiş etmək istəyirəm ki, onlar 24 saat ərzində ölkəyə qayıtsınlar. Düşünürəm ki, onlar qayıtmalıdırlar. Əks halda dövlət, rəhbərlik olaraq hamımız nəticə çıxarmalıyıq”, – deyə Zelenski bəyan edib.

Bildirək ki, Ukrayna mətbuatı bir sıra deputatların, iş adamları və oliqarxların ölkəni kütləvi şəkildə tərk etməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, gün boyunca onlarla təyyarə və çarter reysi ölkəni tərk edib.

MƏNBƏРБК-Украина
Öncəki xəbərAMEA-nın prezidenti Ramiz Mehdiyev istefa verəcəyini bildirdi
Sonrakı xəbərBerdiməhəmmədovun oğlu Türkmənistan prezidenti seçkilərində namizəd oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın