Rusiya Federasiyasının Prezidenti Vladimir Putin insanların pandemiya tədbirlərindən sıxıldıqlarını anladığını deyib, bununla belə koronavirusun (COVID-19-un) çox qorxunc və səssiz bir düşmən olduğunu unutmamağa çağırıb.

“Maskalar, sosial məsafə və bu kimi şeylər, özəlliklə təhsil, iş yerlərindəki müəyyən məhdudiyyətlər, təcrid… əlbəttə ki, insanlar bütün bunlardan bezib və mən bunları çox yaxşı başa düşürəm. Ancaq qəribədir, insanlar hələ də bütün dünyanın, o cümlədən bizim çox qorxunc bir düşmənlə qarşılaşdığımızı hər zaman duymur, başa düşmür və buna görə də inanmırlar”, – deyə Putin hökumət toplantısında bildirib.

Prezident sözlərinə onu da artırıb ki, koronavirus da daxil olmaqla yoluxucu xəstəliklər səssiz, görünməz və çox qorxunc düşməndir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın