Rusiya ferasiyasının Prezidenti Vladimir Putin Donbas, Luqansk, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin əbədi olaraq rusiyalıya çevrildiyini bəyan edib.

YALAN.info TASS agentliyinə istinadən xəbər verir ki, o, bununla bağlı Rusiyaya yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimində bildirib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

Bildirək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiya Federasiyasına birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

MƏNBƏTASS
Öncəki xəbər“Birinci zabit komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib
Sonrakı xəbərZelenski Ukraynanın sürətləndirilmiş qaydada NATO-ya qoşulması üçün ərizəyə imza atdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın