Rusiya son illərin münaqişələrində özünü təsirli və təhlükəli silah kimi göstərən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin müdafiə sənayesi üzrə keçirdiyi müşavirədə deyib.

“Bu gün biz pilotsuz təyyarələrin inkişafı haqqında danışacağıq. Onun son illərdə silahlı münaqişələrdə özünü necə sübut etdiyini, nə qədər effektli olduğunu, bizim üçün nə qədər təhlükəli ola biləcəyini yaxşı bilirik. Suriyada müşahidə etdiklərimizi nəzərdə tuturam, terrorçuların pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar təşkil etdiyini… Biz bu hücumları dəf etməyi öyrənmişik və bunu kifayət qədər effektli edirik”, – Rusiya Prezidenti vurğulayıb.

Vladimir Putin Rusiya ordusundakı PUA-ların sayını da açıqlayıb:

“İndi bizim 2 mindən çox pilotsuz uçan aparatımız silahlı qüvvələrdə xidmətdədir. Biz onların üzərində işləməyə davam etməli və başqa məsələlərlə yanaşı, süni intellekti, ən müasir texniki və elmi nailiyyətləri tətbiq edərək son vaxtlar olduğu kimi çox çalışmalıyıq. Təbii ki, bu pilotsuz uçuş aparatlarından istifadə edərkən özümüzün əldə etdiyimiz təcrübəni nəzərdə tuturam”, – deyə Putin qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın