“VKontakte” sosial şəbəkəsi və “Telegram” mesencerinin yaradıcısı rusiyalı Pavel Durov Fransa vətəndaşlığı alıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Fransa hökumətinə məxsus rəsmi resursda uyğun sənəd yayımlanıb.

23 avqust tarixli sənəddə ölkə vətəndaşlığı almış şəxslərin siyahısı təqdim edilib. Onların arasında Durov da var. İş adamının adı ilə yanaşı, onun doğum tarixi və yeri də burada öz əksini tapıb.

“Telegram”ın yaradıcısı hələ ki, yayılan xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, Durov Rusiya vətəndaşlığı ilə yanaşı, Sent-Kits və Nevis ada dövlətinin pasportuna sahibdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın