“Ukrayna paytaxtı Rusiya işğalçılarına qarşı müdafiə fazasına daxil olub”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Kiyevin meri Vitali Kliçko onlayn brifinq zamanı deyib.

“İndi bəzi rayonlarda atəş və partlayış səsləri eşidilir. Ukrayna hərbçiləri rusların diversiya qruplarını məhv edirlər. Təəssüf ki, bəzi diversiya qrupları artıq şəhərə giriblər. Düşmən paytaxtı diz çökdürmək, bizi məhv etmək istəyir”, – o deyib.

Kliçko bildirib ki, Kiyevi müdafiə etmək istəyən hər kəs döyüşçülərə kömək olmalıdır.

“Bu gün Silahlı Qüvvələrimiz bizim üçün və dövlətimiz naminə qəhrəmanlıq və fədakarlıq nümayiş etdirir. Ukrayna ordusu Kiyevin müdafiəsini təşkil edir. Durum mürəkkəbdir, ancaq biz Silahlı Qüvvələrimizə inanır, onları dəstəkləyir və kömək edirik”, – mer deyib.

O, şəhərdə fəal hərbi əməliyyatların getdiyini nəzərə alaraq, Kiyev sakinlərini evdə, ya da sığınacaqda qalmağa çağırıb.

Öncəki xəbərZelenski Putinə müraciət etdi: Gəlin danışıqlar masasına oturaq
Sonrakı xəbərUkrayna Ordusu Luqansk istiqamətində Rusiyanın mövqelərini yarıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın