Məşhur ukraynalı cütlük – müğənni Vera Brejneva ilə bəstəkar və prodüser Konstantin Meladze siyasi baxışlarında yaranan fərqliliyə görə ayrılmaq ərəfəsindədirlər.

YALAN.info bildirir ki, Konstantin Meladze Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar aparmasına heç bir reaksiya verməyib.

Onun 40 yaşlı həyat yoldaşı Vera Brejneva isə könüllü fəaliyyətlə məşğuldur. Vera tez-tez müharibə gedən ərazilərə göndərilən humanitar yardım aksiyalarında yaxından iştirak edir.

Mətbuat yazır ki, K.Meladzenin Rusiyada biznesi olduğundan o bu ölkənin təcavüzkar hərəkətlərinə susur. Məhz bu məqamlarla əlaqədar yaradıcı şəxslərin münasibəti pozulub.

Bildirək ki, Vera Brejneva və Konstantin Meladze 2015-ci ildə ailə həyatı qurublar. Toy mərasimi İtaliyada baş tutub. Onların bu izdivacdan övladları yoxdur.

Yada salaq ki, bir neçə gün öncə Rusiyalı prodüser Olesya Sazykina deyib ki, Vera Brejneva Rusiya Federasiyasında qazandığı bütün pulları qaytarmalıdır. Onun sözlərinə görə, bu ölkə onu varlandırıb və indi müğənni Ukraynadakı müharibəyə görə onu (Rusiyanı – Red.) qınamağa haqqı yoxdur.

KİMVioletta Orlova
MƏNBƏUNIAN
Öncəki xəbər27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışı keçirilib
Sonrakı xəbərConni Depp və Amber Hördün məhkəməsində son qərar açıqlandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın