Koronavirusun (COVI-19) “Delta” və “Omikron” ştamları yeni pandemiya dalğasına səbəb ola bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus danışıb.

“Delta” və “Omikron” variantlarına görə yoluxma hallarının sayı artır, bununla da xəstəxanaya yerləşdirmə və ölüm halları artır. ÜST rəhbəri deyib ki, xüsusi narahatlıq doğuran məqam “omikron” variantının daha yoluxucu olmasıdır. O, əlavə edib ki, peyvənd bərabərsizliyinə son qoyulması koronavirusun yeni variantlarından qorunmaqda əsas elementdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın