UNESCO və başqa beynəlxalq qurumlar öncəki kimi, erməni işğalı zamanı Qarabağda və Şərqi Zəngəzurda törədilmiş dağıntıların miqyasına göz yummaqda davam edirlər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “VMedia” YouTube kanalı hazırladığı növbəti videoçarxda məlumat verir.

“2020-ci il – bu, dağıdılmış Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və toplam sahəsi 10 min kv.m-dən çox olan daha 300 yaşayış məntəqəsidir. 30 illik erməni işğalı onları bu görkəmə salıb”, – kanalın müəllifləri vurğulayırlar.

Videoçarxda bildirilir ki, dəhşətli vəhşiliyin bu qorxunc mənzərəsi İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsindən sonra ortaya çıxıb:

“Bəşər tarixi heç vaxt – nə Birinci və İkinci Dünya müharibələri, nə də hər hansı başqa işğalçı müharibələr zamanı belə bir vəhşiliyin şahidi olmayıb. Ancaq nə dünya ictimaiyyəti, nə UNESCO, nə də BMT Təhlükəsizlik Şurası bu cinayətləri, Azərbaycanın mədəni və tarixi obyektlərinin qəsdən məhv edilməsini pisləməyiblər”.

Молчание ЮНЕСКО
Öncəki xəbərİlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə Bakıda şəhidlərin xatirəsinə yürüş keçirilib
Sonrakı xəbərYağış suları “Azərsu”nun xətlərinə axmaqdan imtina edir…
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın