Əfqanıstan İslam Respublikasında ilin sonuna qədər ən azı bir milyon uşaq qida çatışmazlığı səbəbindən ölə bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris jurnalistlər üçün keçirilən brifinqdə deyib.

“Əfqanıstanda aclıq səhiyyə qarşısında duran əsas problem kimi artmaqda davam edir. Hesablamalara görə, 5 yaşınadək təxminən 3,2 milyon uşaq ilin sonunadək qida çatışmazlığı ilə üzləşə, azı bir milyon uşaq isə aclıqdan ölə bilər”, – deyə indi Əfqanıstanda səfərdə olan Marqaret Harris bildirib.

Onun sözlərinə görə, ÜST Əfqanıstanın 23 əyalətindəki 47 tibb müəssisəsinə uşaqlarda qida çatışmazlığının müalicəsi üçün vasitələr göndərib, ancaq bu, dəryada damla qədərdir.

Qeyd edək ki, “Taliban” hərəkatı avqustun 15-də paytaxt Kabilə girərək hakimiyyəti ələ aldıqdan sonra Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ABŞ Federal Ehtiyatlar Sistemi Əfqanıstanın beynəlxalq fondlara çıxışını bağlayıb. Ağ evin Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını dondurması və dünya ölkələrinin “Taliban” hökumətini tanımaması ölkədəki iqtisadi böhranı daha da dərinləşdirib. Ekspertlər ölkənin sürətlə iqtisadi fəlakətə doğru getməsi ilə bağlı xəbərdarlıq edib.

Öncəki xəbərPolşa-Belorus sərhədində mühacirlərin sayı artır
Sonrakı xəbərVaxtanq Kikabidze Ukraynalı sənətçiləri Rusiyada çıxış etməməyə çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın