Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb.

YALAN.info “Interfaks Ukraina”ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib.

“Bu günə olan məlumata görə 1 346 nəfər həlak olub. Dinc sakinlərin öldürüldüyünü vurğulayıram. Onların çoxu odlu silahla öldürülüb”, – o, milli telemarafonun efirində deyib.

Nebitov vurğulayıb ki, bu, son rəqəm deyil. Onun sözlərinə görə, indi 300-ə yaxın insan itkin düşmüş sayılır.

Öncəki xəbərDünya ölkələrində və Azərbaycanda pandemiya ilə bağlı durum hər gün ağırlaşır
Sonrakı xəbərBoris Consondan sonra sırada Almaniya kansleri Olaf Şols ola bilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın