Kiyev şəhərinin Peçersk rayon məhkəməsi Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun bütün əmlakına həbs qoyulması barədə qərar qəbul edib. Məhkəmə qərarı Petro Poroşenkonun dövlətə xəyanətdə ittiham edildiyi cinayət işi üzrə qəbul olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı keçmiş prezidentin vəkili İqor Qolovanya məlumat verib. Vəkil qərara etiraz edəcəklərini bildirib.

Yada salqq ki, xarici ölkələrin birində olan keçmiş dövlət başçısı yanvarın 17-də Ukraynaya qayıtmağı, Baş prokurorla görüşməyi və məhkəməyə gəlməyi planlaşdırdığını açıqlamışdı. P.Poroşenko dövlətə xəyanətdə günahlandırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın