Ukrayna “Kalush Orchestra” qrupunun ifa etdiyi “Stefania” mahnısı ilə İtaliyanın Turin şəhərdə keçirilən 66-cı “Eurovision Song Contest 2022” mahnı yarışmasının qalibi olub.

YALAN.info bildirir ki, ESC2022 yarışmasının finalında 25 ölkənin – Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri çıxış ediblər. 

Çıxışlar sona çatdıqdan sonra səsvermə başlayıb. Nəticələrə görə, Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə toplam 631 səs toplayaraq yarışın qalibi olub. Azərbaycan Ukraynaya 12 səs verib. Beynəlxalq mahnı yarışmasında ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.

Azərbaycanı bu yarışmada təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə toplam 106 xal (103 xal münsiflərdən və 3 xal tamaşaçı səsverməsindən) toplayaraq 16-cı yerdə qərarlaşıb.

Onu da bildirək ki, builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib. Bu Eurovision tarixində Ukraynanın üçüncü qələbəsidir.

Kalush Orchestra – Stefania – LIVE – Ukraine 🇺🇦 – Grand Final – Eurovision 2022

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın