Ukrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiya Ordusunun 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini öldürülüb.
YALAN.info bildirir ki, bununla bağlı məlumatı Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya İdarəsi Facebook səhifəsində yayıb.
Bildirilib ki, Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə-taktiki birliyinin 49-cu zenit-raket briqadası Smolensk vilayətinin Qırmızı Bor qəsəbəsində daimi dislokasiya olunur. Hərbi hissənin şərti nömrəsi 21 555-dir.
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını yayımlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook hesabında paylaşım edilib. Xəbərə görə, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 20 600-ə çatıb.
Ukraynada gedən döyüşlərdə Rusiya Ordusunun 790 tankı, 2041 zirehli döyüş maşını, 381 artilleriya sistemi, 130 reaktiv yaylım atəş sistemi, 67 HHM sistemi, 167 təyyarəsi, 147 helikopteri, 1 487 avtomobil texnikası, səkkiz kateri, 76 yanacaq-sürtkü materialları çəni, 155 kəşfiyyat PUA-sı, 27 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.