Kiyevin mərkəzi Maydanda Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunan təntənəli hərbi parad keçirilib. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, paradda Ukrayna Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Zelenski, keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko, Petro Poroşenko və ölkənin başqa rəsmi şəxsləri iştirak ediblər.

Paradın açılışı zamanı balaca ukraynalı qızın hərbçiləri gül ilə qarşılaması Vladimir Zelenskini kövrəldib, ölkə başçısı göz yaşlarına hakim ola bilməyib.

Prezident çıxışında Ukraynanın 30 illik yox, min illik dövlət olduğunu bildirib.

O Ukraynanın müstəqilliyinin tək ukraynalılar deyil, ölkə vətəndaşı olan bütün etnik xalqlar üçün də dəyərli olduğuna əminliyini ifadə edib.

Prezident çıxşında Ukraynanın ərazi bütövlüyünün bərpasına da toxunub.

Müstəqillik Günü ilə bağlı hərbi parad Kiyevdən başqa, Ukraynanın Odessa şəhərində də keçirilib.

АРАД ДО ДНЯ НЕЗАЛЕЖНОСТІ УКРАЇНИ 2021 / Онлайн-трансляція

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın