Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevskinin Şuşa şəhərinə səfəri ilə bağlı “Twitter”dəki paylaşımı ermənilərdə aqressiya yaradıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukraynalı diplomat şəxsi hesabında iyulun 9-10-da baş tutan Şuşa səfəri ilə bağlı paylaşım edib.

“Arzularım gerçək oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına – Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!”, – səfir bildirib.

Ukraynalı diplomatın bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edib, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.

Xatırladaq ki, iyulun 9-10-da Azərbaycanda kkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq qurumların Azərbaycandakı nümayəndəlikləri Füzuli və Şuşaya səfər edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın