Kiyev vilayətinin şəhər və qəsəbələrində – Qostomeldə, Nemeşaevoda, Buçada və Borodyankada Rusiya və Ukrayna Orduları arasında ağır döyüşlər gedir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Kiyev vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

“Buçanşina Kiyev vilayətinin Rusiyanın işğalı səbəbindən çətin vəziyyətin yarandığı rayonlarından biridir. Qostomel, Nemeşaevo, Buça və Borodyanka döyüşləri davam etdirir, İrpində hava hücumunun nəticələri aradan qaldırılır. Başqa icmalarda vəziyyət nəzarət altındadır”, – xəbərdə deyilir.

Qeyd olunur ki, asayiş keşikçiləri gecə-gündüz işləyir, nəzarət-buraxılış məntəqələrində xidmət göstərir, avtomobilləri yoxlayır, şübhəli əşyalar və şəxslərlə bağlı müraciətləri cavablandırır, zərərçəkənlərə kömək göstərir.

Rusiyanın Su-25 təyyarəsi Ulraynanın paytaxtı Kiyevin ətrafındakı ərazini bombalayarkən məhv edilib. “Düşmənin İrpeni bombalayan Su-25 təyyarəsi məhv edilib”, – UNIAN-ın xəbərinə görə müxbir Andrey Tsaplienko bildirib.

Eyni zamanda Ukrayna hərbçiləri Rusiya ordusunun texnikasını məhv etməkdə, canlı qüvvəsini itkiyə uğratmaqda davam edir. Belə ki, Ukrayna Silahlı Qüvvələri üzərinə V işarəsi vurulmuş Rusiya hərbi texnikasının yanında durmaqla şəkillər çəkir.

Bildirək ki, Ukrayna müdafiəçiləri Kiyev yaxınlığında Rusiya hərbçilərinin hücumlarını dəf edirlər. Şiddətli döyüşlər bir neçə gündür davam edir, ancaq Rusiya qoşunlarının paytaxta girmək üçün çalışmaları uğursuz olur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın