“Ukrayna İstanbulda imzalanmış anlaşmaya uyğun olaraq Qara dəniz limanları ilə taxıl ixracına başlayacaq”.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Hər şeyi hazırlamışıq. Bizim tərəfdə dəhliz fəaliyyət göstərir. Ona Ukrayna nəzarət edir və orada yoxlamalar yalnız ukraynalılar tərəfindən aparılacaq”, – o deyib. “Biz mütləq ixraca başlayacağıq ki, bütün dünyaya bir daha sübut edək: ixracı pozan Ukrayna deyil – bunlar bu gün Rusiya tərəfinin dezinformasiya kimi yayıldığı rəvayətlərdir”, – Zelenski əlavə edib.

Onun sözlərinə görə, Ukraynanın taxıl ixracının təhlükəsizliyini təmin etmək Türkiyə və BMT-nin üzərinə düşür və bununla bağlı uyğun anlaşmalar imzalanıb: “Biz taxıl ixracı ilə bağlı uyğun sənədlər imzaladığımız Türkiyə və BMT-yə güvənirik. İndi bu məsələ onlara qalıb: Türkiyə və BMT anlaşmadan sonra belə raket ata bilən Rusiya Federasiyasına nə qədər nəzarət edə biləcəklər”.

MƏNBƏИнтерфакс-Украина
Öncəki xəbərH.Əliyev adına Hərbi İnstitutun kursantlarına səhra çıxışında praktiki məşğələlər keçirilir
Sonrakı xəbərErmənilər son sutkada 9 dəfə təxribat xarakterli silahlı insident törədib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın