Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya işğalından azad edilmiş Xersonda səfərdədir.

YALAN.info bildirir ki, dövlət başçısı döyüşçülər qarşısında çıxış edib, vətəndaşlarla görüşüb və jurnalistlərin suallarını cavablayıb.

Dövlət başçısı söyləyib ki, Ukrayna Ordusu irəliləyir. Prezident həmçinin NATO-ya və başqa tərəfdaşlara Rusiya işğalına qarşı müharibədə göstərdikləri köməyə görə minnətdarlığını bildirib.

Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel AB Xarici İşlər Şurasının toplantısından öncə jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya ilə danışıqlara nə vaxt başlayacağına rəsmi Kiyev özü qərar verməlidir.

O söyləyib ki, Ukrayna nə edəcəyini özü müəyyənləşdirməlidir: “Bizim vəzifəmiz onları dəstəkləməkdir”.

Yada salaq ki, Ukrayna Ordusu noyabrın 11-də Xersonu işğaldan azad edib. Bu, Zelenskinin işğaldan sonra həmin əraziyə ilk səfəridir.

Володимир Зеленський узяв участь у піднятті Державного прапора України у звільненому Херсоні
Володимир Зеленський поспілкувався з представниками ЗМІ в Херсоні
Öncəki xəbərBMT Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi haqqında qətnamə qəbul etdi
Sonrakı xəbərAzərbaycan XİN Fransa Senatının qəbul etdiyi qətnaməni qətiyyətlə rədd edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın