Ukrayna Ordusu Xarkov vilayətinin Çuquyev şəhərini Rusiya hərbçilərindən azad edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Müdafiə qüvvələrinin qruplaşması cənub, şərq və şimal istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Döyüş əməliyyatları zamanı Çuquyev şəhəri azad edilib. İşğalçılar şəxsi heyət və texnikada çox sayda itki verib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin dəniz piyada korpusunun 61-ci əlahiddə briqadasının komandiri, polkovnik-leytenant Dmitri Safronov və Hava-Desant Qüvvələrinin 11-ci əlahiddə hücum briqadası komandirinin müavini, polkovnik-leytenant Denis Qleblov məhv edilib”, – Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.

Bundan öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat vermişdi ki, Ukrayna Birləşmiş Qüvvələrin əsgərləri Luqansk istiqamətində öz mövqelərini qoruyaraq düşmənə itkilər verirlər.

Məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə bir neçə uğurlu əks-hücum həyata keçirib. Nəticədə işğalçılar 40-a yaxın şəxsi heyəti, 8 piyada döyüş maşını, 1 MTLB, 1 “Ural” yük maşını, 1 yolsuzluq avtomobili və artilleriya sistemlərini (sayı dəqiqləşdirilir) itirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın