Ukrayna Ordusu Luqansk vilayətinin Belovodsk rayonunda Rusiyanın işğalçı qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini gücləndiriblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, çox sayda itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar.

Onu da bildirək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterrorçuluq Əməliyyatı adlanıb.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərVitali Kliçko: Kiyev özünümüdafiəyə başlayıb
Sonrakı xəbərVolodimir Zelenski Kiyevdən çıxmadığını açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın