Ukrayna Müdafiə Nazirliyi aparılan döyüşlərdə Rusiya ordusunun sutkalıq itkilərinin sayını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin Facebook sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, sutka ərzində gedən döyüşlərdə 266 (toplam 12 mindən artıq) Rusiya hərbçisi öldürülüb.

Bundan başqa sutka ərzində döyüşlər zamanı Rusiya ordusunun 18 tankı, 60 zirehli döyüş maşını, iki artilleriya sistemi, iki reaktiv yaylım atəş sistemi, iki HHM sistemi, 32 avtomobil texnikası məhv edilib.

Toplam olaraq Rusiya tərəfinin itkiləri bu cür olub:

57 döyüş təyyarəsi, 83 helikopter, 353 tank, 1165 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 31 HHM sistemi, 58 reaktiv yaylım atəşi sistemi, 60 sistern, 7 kəşfiyyat PUA-sı, 3 kater, 558 avtomobil texnikası məhv edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın