Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını yayımlayıb.

YALAN.info bildirir ki, bununla bağlı qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-12 aprel tarixlərində Rusiya tərəfinin şəxsi heyətində itkilər 19 600-ə çatıb.

Bundan başqa, gedən döyüşlərdə Rusiya Ordusunun 732 tankı, 1 946 zirehli döyüş maşını, 349 artilleriya sistemi, 111 reaktiv yaylım atəş sistemi, 63 HHM sistemi, 157 təyyarəsi, 140 helikopteri, 1 406 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 124 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

UNIAN-ın yaydığı məlumata görə, Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayında xidmət edən polkovnik-leytenat Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb.

BBC-nin məlumatın görə, aprelin 6-dək Ukraynada aralarında kiçik rütbəli zabitlər və generallar da olmaqla, Rusiyanımn 1 083 zabit ölüb. Onlarda 217-sinin kimliyi müəyyənləşib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın