Ukrayna İtaliya və Kanada ilə Rusiyanın bu ölkəyə qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatların ikinci ildönümündə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.

YALAN.info bildirir ki, beləliklə Ukrayna hökuməti bir gündə iki ölkə ilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamış olub.

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İtaliya hökumətinin başçısı Giorgia Meloni ilə görüşlər hər zaman çox mühüm və əhəmiyyətli keçir. “Bu gün önəmli nəticə ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün güclü zəmin yaradır” – deyə o vurğulayıb.

Bundan başqa Kiyev bu gün Kanada ilə də təhlükəsizlik müqaviləsi imzalayıb. “Kanadanın Baş naziri Castin Trüdo və mən Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. Sənəd Kanadanın 2024-cü ildə Ukraynaya makromaliyyə və müdafiə məqsədilə 3 milyard Kanada dollarından çox vəsait ayırmasını nəzərdə tutur” – deyə Ukrayna lideri vurğulayıb.

V.Zelenski əlavə edib ki, bu, vaxtında qəbul edilmiş qərardır və Ukraynanın dayanıqlığının gücləndirilməsinə mühüm töhfədir. Sənədə Ukrayna prezidenti Vladimir Zelenski və Kanadanın Baş naziri Castin Trüdo imza atıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın