Ukrayna Ordusunun hərbçiləri Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.

YALAN.info bildirir ki, bununla bağlı “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat verib.

“Xerson vilayətində saxta referendum ərəfəsində düşmən fəallaşmağa çalışıb. Aleksandrovka və Tavriçeskoye istiqamətində hücum cəhdləri uğursuz olub”, – o qeyd edib.

V.Nazarovun sözlərinə görə, Rusiya qüvvələrinin Nikolaevkanı ələ keçirmək cəhdləri də uğursuzluqla sonuclanıb: “Bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib”.

Sözçü bildirib ki, Kiselevka ərazisində Ukrayna hərbçiləri işğalçıların Posad-Pokrovskoyeyə növbəti hücumu üçün hazırlanan cəmlənmiş canlı qüvvə və texnikasına zərbələr endiriblər:

“Düşmən çox sayda itki verərək Çernobaevkaya doğru geri çəkilib. Düşmənin toplam itkiləri 74 canlı qüvvə və 13 texnika, o cümlədən iki tank, çoxsaylı reaktiv yaylım atəşi sistemi, altı zirehli və mühəndis texnikası, dörd PUA olub”.

Ukrayna hərbçiləri Xersonda komanda məntəqəsini dağıdıb, iki general ölüb

Ukrayna Baş Kəşfiyyat İdarəsinin xəbərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiya hərbçilərinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini dağıdıb.

Ukrayna hərbçilərinin zərbələri nəticəsində iki generalın öldüyü bildirilir. Daha bir hərbçi isə ağır yaralanıb. İndi məlumatlar dəqiqləşdirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın