Ukrayna estradasının ulduzu İrina Bilık oğluna Azərbaycanın tarixi paytaxtının adını verib.

AZƏRTAC xəbər verir ki, Ukrayna estradasının ulduzu İrina Bilıkın ikinci övladı dünyaya gəlib. Uşağı müğənni üçün bətnində surroqat ana gəzdirib. Uşağın atası isə stilist və rejissor Aslan Əhmədovdur. O, Lyudmila Qurçenko ilə yaxın yoldaş olub.

Məlumata görə, müğənni oğlu üçün Təbriz adını seçib. Müğənninin PR direktoru Vlad Qromov bildirib ki, adı seçərkən atasının əslən Azərbaycandan olduğu nəzərə alınıb.

Doğuş Avropanın özəl klinikalarından birində olub. Özünü yaxşı hiss edən körpənin çəkisi 3,5 kiloqram, boyu 50 santimetrdir.

V.Qromov deyib: “İrina uzun müddət idi ki, ikinci uşaq haqqında düşünürdü. O, özü doğmağı planlaşdırırdı.

Ancaq həkimlərin məsləhətlərinə və özünün sağlamlığına görə müğənni surroqat ana xidmətinə müraciət edib. İndi isə o, çox xoşbəxtdir. Müğənni artıq oğlu ilə birlikdə evə yollanıb”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın