“Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır”.

YALAN.info bildirir ki, bununla bağlı Ümumukrayna telemarafonunun efirində ölkənin daxili işlər nazirinin müşaviri Viktor Andrusiv məlumat verib.

Andrusiv vurğulayıb ki, birinci mərhələ Ukraynanı “bir neçə günə ələ keçirməyə çalışmaq” idi. Onun sözlərinə görə, müharibənin ikincisi mərhələsi Rusiya Ordusunun Ukrayna Müdafiə Qüvvələrini şərqdə geniş mühasirəyə almağa çalışması olub.

O, həmçinin bildirib ki, işğalçılar sərhədlərin müdafiəsinə hazırlaşmağa başlayıblar: “İndi üçüncü mərhələ başlayıb – onlar dayandıqları xətlərin müdafiəsinə hazırlaşmağa başlayıblar. Bu, onların müharibəni çox uzunmüddətli müharibəyə çevirmək qərarına gəldiklərini göstərir… Onlar ümid edirlər ki, müharibənin yaradacağı böhranlar Qərbi onlarla danışıqlar masası arxasına oturtmasına gətirib çıxacaq və Qərb bizi nəyəsə dəyişməyə çalışacaq”.

KİMİvan Boyko
MƏNBƏUNIAN
Öncəki xəbərZelenski: Makron Ukraynanın suverenliyi ilə bağlı güzəştlər təklif etmişdi
Sonrakı xəbərŞeyx Məhəmməd bin Zayed Əl Nəhyan BƏƏ-nin yeni prezidenti seçildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın