Ukraynada müharibə başlayandan bu yana ölkə ərazisində fəaliyyət göstərən Rusiya Ordusunun 31 taktik tabur dəstəsi döyüş bacarığını itirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Qilahlı Qüvvələrinin Baş Qərargahı bu gün səhər açıqlama verib.

“Ukrayna Müdafiə Qüvvələri üstünlüyü ələ alır və bütün istiqamətlərdə Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatını dəf edir. Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib, dayandırılıb və əvvəllər işğal olunmuş əraziləri saxlamağa çalışır.

“Donetsk istiqamətində irəliləməyə çalışan düşmən Ukrayna müdafiəçilərindən layiqli müqavimətlə qarşılaşaraq bəzi yerlərdə geri oturdulub, qalan ərazilərdə isə irəliləmə sürəti xeyli azalıb. Döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələri ilə birbaşa atəş təmasında olan Rusiya Silahlı Qüvvələrinin bölmələri ruhdan düşüb.

Düşmənin şəxsi heyətinin mənəvi durumu davamlı olaraq zəifləyir, onlar arasında qrup şəklində təslimolma halları qeydə alınır. Son 3 gün boyunca qarşı tərəfdən kiçik fərari dəstələrinin dövlət sərhədinə sarı hərəkət etməsi izlənilir”, – açıqlamada bildirilir.

Rusiya Ordusunun Ukraynadakı itkilərinin toplam sayı

Fevralın 24-dən başlayaraq Rusiya Ordusunun döyüş itkiləri toplam 12 mindən çox şəxsi heyətdir. Bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Toplamda Rusiya tərəfinin itkiləri bu cür olub: 362 tank, 1205 zirehli döyüş maşını, 135 artilleriya sistemi, 62 reaktiv yaylım atəşi sistemi, 33 HHM sistemi, 58 döyüş təyyarəsi, 83 helikopter, 585 avtomobil texnikası, 3 kater/gəmi, 60 sistern, 7 kəşfiyyat PUA-sı məhv edilib.

Yada salaq ki, bu gün Rusiyanın Ukrayna ərazisində genişmiqyaslı əməliyyatlara başlamasının 17-ci günüdür. Müharibə nəticəsində artıq 79 uşaq ölüb, 100-ə yaxın yaralanıb.

“Qurbanların çoxu Kiyev, Xarkov, Donetsk, Sumı, Xerson və Jitomir vilayətlərində olub. Rusiya Federasiyası silahlı qüvvələrinin aktiv döyüşlər apardığı atəş yerlərini yoxlamaq imkanının olmaması səbəbindən bu rəqəm son deyil”, – Ukrayna Baş prokurorluğundan bildiriblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın