Ukrayna Müdafiə Nazirliyi davam edən Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını yayımlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkə hesabında paylaşım edilib.

Döyüşlərin başladığı gündən bu yana Rusiya Ordusunun şəxsi heyəti arasında itkilərin 30 150 nəfərə çatdığı açıqlanıb.

Bundan başqa, hücum edən tərəfin 1 338 ədəd tankı, 3 270 ədəd zirehli döyüş maşını, 631 ədəd artilleriya sistemi, 203 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarə, 174 ədəd helikopter, 116 qanadlı raket, 2 213 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri və 48 ədəd xüsusi texnikası məhv edilib.

Ukrayna DİN: “Rusyanın müasir tanklarının 30 %-dən çoxu məhv edilib”

Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv bildirib ki, Ukrayna hərbçiləri üç ay ərzində Rusiyanın müasir tanklarının təxminən üçdə birini məhv ediblər: “Ukraynaya qarşı müharibədən əvvəl Rusiyanın 3 000-ə yaxın müasir tankı var idi və onların 30 %-dən çoxu müharibənin üç ayı ərzində bizim müdafiəçilər tərəfindən məhv edilib”. “Bu rəqəm altı aydan sonra yalnız artacaq”, – Viktor Andrusiv vurğulayıb.

KİMUkrayna Müdafiə Nazirliyi
MƏNBƏFacebook
Öncəki xəbərRəsul Çunayev heç vaxt Azərbaycanı tərk etməyəcəyini açıqladı
Sonrakı xəbər“Kaluş Orkestra” Eurovision mükafatını Ukrayna Ordusu üçün hərracda satdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın