Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev Universal Döyüş Çempionatında (UFC) duelə çağırdığ braziliyalı Rafael Dus Anjusla fevralın 19-da qarşılaşacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı UFC-nin rəsmi “Instagram” hesabında paylaşım edilib.

Yada salaq ki, buna qədər Dus Anjus “Twitter”də ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazmışdı. “Ataman” ləqəbli Fiziyev isə bu paylaşıma reaksiya verib: “Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm”.

Qeyd edək ki, Rafael Fiziyev Qazaxıstanda doğulub, Qırğızıstanda yaşayır. Onun atası azərbaycanlı, anası isə rusdur. Qırğızıstan bayrağı altında çıxış edən Azərbaycan əsilli MMA ustası dini təzyiqlərə görə Qırğızıstanı tərk etmək məcburiyyətində qalıb. “Ataman” son döyüşündə heç bir ölkənin bayrağı altında çıxmayıb.

Öncəki xəbərQırğızıstan Vikram Ruzaxunovun saxlanıldığına görə Qazaxıstana nota verdi
Sonrakı xəbərBu gün Qazaxıstanda matəmdir: Ölənlərin sayı haqqında məlumat verilmir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın