UEDA Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümünə PSJ-Bavariya oyunu ilə yekun vurulub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, turnirdə final görüşü keçirilib.

Həlledici qarşılaşmada Fransa çempionu PSJ ilə Almaniyanın ən güclüsü “Bavariya” üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, “Bavariya” isə 11-ci dəfə final oyununa çıxıb.

Qarşılaşmanın taleyini bir qol həll edib.

Oyunun 59-cu dəqiqəsində Kinqsli Komanın qolu “Bavariya”ya 11-ci final oyununda 6-cı ÇL çempionluğunu qazandırıb.

https://www.youtube.com/watch?v=zS33yflGE_k
Bayern lift SIXTH Champions League 🏆Coman scores the winner against PSG in Lisbon to seal 1-0 win

UDEA ÇL-nın finalında PSJ – “Bayern”( 0:1) qarşılaşmasından sonra Fransanın paytaxtı Parisdə iğtişaşlar baş verib. 

“360tv” xəbər verir ki, komandasının uduzmağı ilə barışmaq istəməyən PSJ klubunun azarkeşləri ilə polis arasında qarşıdurma yaşanıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları 83 nəfəri saxlayıb.

Öncəki xəbərTeylor Svift pərəstişkarlarına 5 milyon dollar məbləğində yardım edib
Sonrakı xəbərRobert Koçaryan Ermənistanı Məhkəməyə Verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın