UEFA Avropa Liqasının pley-offda yarışan Azərbaycan çempionu Qarabağ FK İsveçin Göteborq komandasına sözün əsl mənasinda futbol dərsi keçib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş oyunda Göteborq (İsveç) Qurban Qurbanovun çalışdırması ilə inamlı futbol sərgiləyən Ağdam klubuna qarşı keçirdiyi görüşü 3:0 hesabı ilə uduzub.

“Qarabağ” Futbol Klubu meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarrem Muarrem, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqoli, Elvin Yunuszadə və Dani Kintana ilə çıxıb.

İsveç təmsilçisi isə oyuna Con Alvbeyc, Emil Salomonsson, Skott Yamieson, Sebastian Eriksson, Mads Albaek, Soren Riks, Yakop Ankersen, Tobias Hisen, Mikael Boman, Tomas Ronye və Matias Byarsmirdən ibarət heyətlə başlayıb.

Rusiyalı hakim Vladislav Bezborodovun idarə etdiyi oyunun ilk dəqiqələrinə Azərbaycan çempionu sürətli hücumlarla başlayıb. Hər iki cinahdan rəqib qapısına hücumlar quran komandamız qarşılaşmanın 18-ci dəqiqəsində kapitan Rəşad Sadıqov künc zərbəsindən sonra vurduğu qolla hesabı açıb.

Hər kəs buraxdı, Rəşad Sadıxov vurdu (Azərbaycansayağı küncdən zərbə)
Hər kəs buraxdı, Rəşad Sadıqov vurdu (Azərbaycansayağı küncdən zərbə)

İlk qoldan bir neçə dəqiqə sonra komandamızın yarımmüdafiəçisi Muarem Muarem növbəti topu rəqibin qapısına vurub. Birinci yarıda komandamızın fərqlənməyə bir neçə imkanı olsa da, tablodakı rəqəmlər dəyişməyib.

Ağdam təmsilçisi ikinci yarıya da hücumlarla başlayıb. Qarabağ 51-ci dəqiqədə rəqibi növbəti dəfə mərkəzə çağırıb. Dani Kintana Muarem Muaremin gözəl ötürməsindən sonra müdafiəçilərdən və qapıçıdan yayınaraq hesabı 3:0-a çatdırıb. Oyun bu hesabla da başa çatıb.


Qarabağ – Göteborq 3-0 / UEFA Avropa Liqası

Xatırladaq ki, İsveçdə keçirilən ilk oyun 1:0 hesabı ilə Göteborq komandasının xeyrinə bitmişdi.

Beləliklə, iki oyunun nəticəsinə görə 3-1 öndə olan “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib. Təmsilçimizin rəqibləri avqustun 26-da keçiriləcək püşkatmadan sonra bilinəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın