Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar “profilaktik tədbirlərin gücləndirilməsi” ilə bağlı göstəriş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı əmin edib ki, ölkədə bir dənə də olsun koronavirusa yoluxma halı qeydə alınmayıb.

Berdiməhəmmədov qeyd edib ki, bu nəticə aparılan “genişmiqyaslı işlər” sayəsində mümkün olub. Eyni zamanda, o əlavə edib ki, koronavirusun “Omikron” ştamının yaranması ilə əlaqədar ölkə əhalisi arxayınlaşmamalıdır.

Xatırladaq ki, 2021-ci ilin iyulun əvvəlində Türkmənistanda 18 yaşdan yuxarı bütün sakinlər üçün məcburi peyvənd olunma kampaniyasına start verilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın