İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dekabrın 18-də Qarsın Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib. Bununla bağlı Azərbaycanın Türkiyədəki Səfirliyinin Twitter səhifəsində xəbər paylaşılıb.

Məlumatda qeyd edilir ki, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb. Həlak olanlardan 2-si Azərbaycan vətəndaşıdır. Qeyd edək ki, İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın