Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2022” Birgə Batalyon Əməliyyat Qrupunun təlimi davam edir.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən təlimin növbəti etapı “Yüksək Səviyyəli Müşahidəçi” günü adı ilə keçirilib. Məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın