Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Onu hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları onlara təqdim edildi. Daha sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın